Bakıda 19 yaşlı gənc dəm qazından zəhərləndi

SOSİAL
23:32 25.11.2021
203
Bakıda zəhərlənmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsində 2002-ci il təvəllüdlü Hüseynov Qəhrəman Rəşad oğlu yaşadığı evdə dəm qazından zəhərlənib. Q.Hüseynov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR