Bakıda 19 yaşlı gənci qıza görə qanına qəltan etdilər

KRİMİNAL
10:38 22.12.2017
3739

Bakının Səbail rayonunda 19 yaşlı gənc sevdiyi qıza sataşan oğlanlarla mübahisə zamanı bıçaqlanıb.

AZXEEBR.COM xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, Nizami küçəsində 1998-ci il təvəllüdlü Rəşad Zeynalov sevdiyi qızla Yeni il şənliyi ilə əlaqədar hazırlanmış işıqdan dekorasiya ilə düzəlmiş ərazidə şəkil çəkdirirmiş. 

Bu zaman 3 naməlum oğlan mobil telefonla həmin qızın fotosunu çəkirmiş. Bundan əsəbləşən R.Zeynalov onlarla mübahisə edib. Nəticədə o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinənlər ərazidən qaçarkən Səbail RPİ-nin Post Patrul Xidmətinin əməkdaşları onlardan birini saxlaya bilib. Digər şəxslər axtarışdadır.

OXŞAR XƏBƏRLƏR