Bakıda 2 minik maşını toqquşdu: ağır yaralılar var
Bütün Xəbərlər
07:39 24.01.2013
807
Gecə Bakının Xətai rayonu Gəncə prospektində iki avtomaşının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 22 yaşlı Allahverdiyev Elmir Elmar oğlunun idarə etdiyi “VAZ 21015” markalı avtomaşınla “Mercedes” markalı nəqliyyat vasitəsi toqquşub. Qəzadan sonra “Jiquli”nin sürücüsü və maşında olan bir nəfər 24 yaşlı Teymurxan Qaraxanov ağır dərəcəli bədən xəsarəti alıb.Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.