Bakıda 2 yaşlı körpə pəncərədən yıxılaraq ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Məlumata görə, mayın 28-də paytaxtın Nizami rayonu ərazisində yaşayan 2 yaşlı Jalə İbrahimova evlərinin pəncərəsindən yıxılaraq ölüb.
Körpənin ailəsi beşmərtəbəli binanın üçüncü mərtəbəsində yaşayır.
Faktla bağlı araşdırma aparılır.