Bakıda 2 yaşlı körpə hündür mərtəbədən yıxıldı

SOSİAL
10:16 30.08.2021
1006
Bakıda körpə ağır xəsarət alıb.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 2019-cu il təvəllüdlü Əliyev Adil Tərlan oğlu ehtiyatsızlıqdan yaşadığı evin ikinci mərtəbəsindən yıxılaraq xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

OXŞAR XƏBƏRLƏR