Bakıda 20 illik dostunu öldürən qatilin etirafı - VİDEO

KRİMİNAL
02:15 25.12.2014
2566

Paytaxtın Yasamal rayonunda qətl hadisəsi törədilib.

AZXEBER.COM ans-ə istinadən xəbər verir ki, rayonun Yunis Dağlı küçəsi, ev 17-də qeydə alınan hadisə zamanı həmin ünvanda yaşayan 44 yaşlı Boris Gennadiyeviç Jarov naməlum şəxs tərəfindən qətlə yetirilib. Borisin meyitinin tapan məhəllə sakinləri dərhal polisə məlumat veriblər. Əraziyə gələn rayon hüquq-mühafizə orqanlarının əməkdaşları evdə və ətraf ərazilərdə yoxlamalar aparıb. Qonşuların sözlərinə görə, mərhum bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Və həbsdə olduğu müddətdə tatuaj işlərini öyrənib. Məhbus həyatından sonra elə onunla da pul qazanırmış.

Evində naməlum şəxs tərəfindən bıçaqlanan Boris Jarov kömək üçün bayıra çıxıb. Evdən yaralı halda çıxan Baris Jarov daha sonra küçənin ortasında yıxılaraq orada da vəfat edib.

Yasamal Rayon Polis İdarəsinin 26-ci polis bölməsinin əməkdaşları 44 yaşlı kişinin qətli ilə bağlı əməliyyata başlayıb. Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədən bir neçə saat sonra Boris Jarovu qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlamaq mümkün olub. Məlum olub ki, hadisəni 55 yaşlı Babayev Namiq Əziz oğlu törədib.

İlkin dindirmə zamanı əməlini etiraf edən Namiq mərhumla 20 ildən çoxdur ki, dostluq etdiyini deyib. Lakin hadisə günü dostunu ziyarətə gedən Namiq Boris tərəfindən təhqir olunduğunu deyir.

“Boris Jarovu ziyarət etmək məqsədilə gəlmişdim. Ona bayramla bağlı hədiyyə də gətirmişdim. Borisin məni təhqir etməsinə dözməyib onun vurdum” – deyə Namiq Babayev bildirib.

Hazırda qətlin təfərrüatlarını Yasamal Rayon Prokurorluğunun istintaqçıları araşdırır.

OXŞAR XƏBƏRLƏR