Bakıda 20 yaşlı qız 7-ci mərtəbədən yıxıldı

Bakıda 20 yaşlı qız 7-ci mərtəbədən yıxıldı
SOSİAL
11:13 16.04.2021
701
Bakıda 20 yaşlı qız çoxmərtəbəli binadan yıxılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Pirallahı rayonu, Səməd Vurğun küçəsində baş verib.

2001-ci il təvəllüdlü İsazadə Gülnar Qabil qızı yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılıb. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal xəstəxanaya çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, qadının vəziyyəti ağırdır.
OXŞAR XƏBƏRLƏR