Bakıda 213 min manatlıq dələduzluq: Saxlanılan var

KRİMİNAL
14:13 11.05.2022
207
Bakıda vətəndaşlara qarşı 213 min manatdan artıq dələduzluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan Vüsal Bağırov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək müxtəlif vaxtlarda 5 nəfəri onların mənzilini təmir edəcəyi adı ilə aldadıb zərərçəkənlərin pullarını ələ keçirib. Bu müddət ərzində Vüsal Bağırov həmin şəxslərdən ümumilikdə 213 min manatdan artıq pul alıb. Buna baxmayaraq, o, vəd etdiyi kimi mənzillərdə təmir və tikinti işləri həyata keçirməyib.

Faktlarla bağlı Vüsal Bağırov barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Vüsal Bağırov saxlanılaraq istintaqa təqdim edilib.

"Saxlanılan şəxsin digər şəxslərə qarşı analoji cinayətlər törətməsi istisna edilmir. Vüsal Bağırovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə,

"102” Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər”, - məlumatda qeyd edilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:45 20.05.2022

Bu istiqamətlərdə rus ordusunun 40 hərbçisi məhv edildi

00:34 20.05.2022

Zelenski: "Ukrayna qalib gələcək, amma bu, on minlərlə insanın həyatı bahasına olacaq"

00:28 20.05.2022

Kulebadan SƏRT MESAJ: "Buna heç kimin siyasi hüququ yoxdur, Ukrayna öz qələbəsinin...

00:22 20.05.2022

“Azov” alayının komandir müavini: “Azovstal”da əməliyyat gedir” - VİDEO

00:14 20.05.2022

Çin liderindən Rusiyaya şok mesaj - “Buna görə hansısa ölkəni qurban vermək...”

00:07 20.05.2022

Bürclər bu günə nə deyir?

23:58 19.05.2022

Dünyanı qorxuya salan "meymun çiçəyi" virusu: Əlamətləri nədir?

23:56 19.05.2022

Rihanna ilk övladını dünyaya gətirdi - OĞLU OLDU

23:40 19.05.2022

ÜST Çinin COVID-19 peyvəndi “Convidecia”nın tətbiqini təsdiqlədi

23:26 19.05.2022

Bu ölkə Ukraynaya 25 min ton benzin tədarük edəcək

23:08 19.05.2022

NATO 42 minlik qüvvəni döyüş vəziyyətinə gətirdi - Yeni müharibə baş verəcək?

22:54 19.05.2022

Quterreş Ukraynada atəşkəs üçün hərəkətə keçməyə çağırdı

22:45 19.05.2022

Ərdoğan: "Nə Putin, nə də Zelenski ilə əlaqələri kəsə bilərəm"

22:40 19.05.2022

Mədəniyyət Nazirliyi Vaqif Əsədovun ölümü ilə bağlı nekroloq yaydı

22:33 19.05.2022

“Mercedes-Benz” 17 000-dən çox avtomobili geri çağırır - Səbəbi AÇIQLANDI

22:27 19.05.2022

Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün ən vacib şərtini açıqladı