Bakıda 22 yaşlı oğlan nənəsini öldürdü

SOSİAL
16:00 12.04.2022
1277
Bakıda nənəsini 22 yaşlı gənc nənəsini öldürüb.

Suraxanı rayon prokurorluğundan AZXEBER.COM-a verilən məlumata görə, aprelin 11-də rayon sakini 1953-cü il təvəllüdlü Natalya Popovanın öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin nəvəsi, 1999-cu il təvəllüdlü Murad İmanovun Natalya Popovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Murad İmanov şübhəli şəxs qismində tutulub. İstintaq davam edir.

OXŞAR XƏBƏRLƏR