Bakıda 23 yaşlı qız 1000 manata görə özünü 6-c mərtəbədən atdı

Bakıda 23 yaşlı qız 1000 manata görə özünü 6-c mərtəbədən atdı
SOSİAL
23:55 23.04.2019
19643
Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.

Hadisə Yeni Yasamal qəsəbəsində baş verib. Əsəd Əhmədov küçəsində 23 yaşlı qadın özünü 6-cı mərtəbədən atıb.

İlkin məlumata görə, özünü atan qadının adı Firuzədir. O, 1000 manat borcu olduğu üçün intihar edib.

Məlumata görə, qadın gözəllik salonunda işləyib. Onun işlədiyi yerdə 1000 manat əskik olub. Müdir qadını oğurluqda ittiham edib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

///BakuPost.az
OXŞAR XƏBƏRLƏR