Bakıda 24 yaşlı qızı 16 bıçaq zərbəsi ilə qanına qəltan etdilər

Bakıda 24 yaşlı qızı 16 bıçaq zərbəsi ilə qanına qəltan etdilər
SOSİAL
09:49 13.05.2017
8680

 

Bakıda 24 yaşlı qıza 16 bıçaq xəsarəti yetirilib.

Hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, Biləcəri qəsəbəsində Saatlı rayon sakini, 1993-cü il təvəllüdlü Əliyeva Aysel Ağakərim qızı naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir. Onun bədəninə 16 bıçaq zərbəsi vurulub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

///Report

OXŞAR XƏBƏRLƏR