Bakıda 25 yaşlı kişi bıçaqlanıb
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Buxta küçəsi, ev 9, mənzil 58-də baş verib.
Naməlum şəraitdə bıçaqlanan Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Allahverdi Nüsrəddin oğlu Xadadarov ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin tapılması istiqamətində iş aparır.