Bakıda 256 min dollarlıq cinayət

KRİMİNAL
13:38 30.10.2019
8343
Bakı şəhər sakininə qarşı 256 min dollarlıq dələduzluq edilib.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu ərazisində baş verib.

Məlumata görə, 1965-ci il təvəllüdlü İntiqam Hüseynov Abşeron Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək ötən ilin may ayında 1964-cü il təvəllüdlü Nazim Pənahovun ondan 256 min ABŞ dolları aldığını, indiyədək qaytarmadığını bildirib.

Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR