Bakıda 26 yaşlı oğlan güllələndi - Atəş açan axtarılır

SOSİAL
10:09 07.08.2019
3504
Bakının Nərimanov rayonunda güllələnmə hadisəsi baş verib.

AZXEBER.COM oxu.az-a istinadən verdiyi xəbərə görə, Rasim Muxtarov küçəsi 43 ünvanında baş verən mübahisə zamanı 1993-cü il təvəllüdlü Sədiyev Ziyadxan Rafiq oğlu sol ayağından güllə yarası alıb.

Yaralı şəhər xəstəxanasına yerləşdirilib. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin 16-cı bölməsinin əməkdaşları cəlb edilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR