17:53 Cümə, 22 Noyabr 2019
KRİMİNAL

Bakıda 27 yaşlı qızın başını kəsən şəxs həbs edildi

11:21, 28.12.20132727
Bakıda 27 yaşlı qızın başını kəsən şəxs həbs edildi

Bakıda 27 yaşlı qızın başını kəsən şəxs həbs edilib.

Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Dərnəgül qəsəbəsindəki yataqxanada, 1986-cı il təvəllüdlü Aynurə Şahlar qızı Kazımovanın başını kəsərək qətlə yetirməkdə təqsirli bilinən, 1980-ci il təvəllüdlü Rafiq Eldar oğlu Ələkbərov saxlanılıb.

Faktla bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, məlum hadisə dekabrın 27-də Dərnəgül qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən yataqxanada Füzuli rayon sakini, 1986-cı il təvəllüdlü Aynurə Şahlar qızı Kazımova naməlum şəxs tərəfindən başı kəsilərək qətlə yetirilib.

XƏBƏR LENTİ