Bakıda 3 yaşlı uşağı avtomobil vurdu

Bakıda 3 yaşlı uşağı avtomobil vurdu
SOSİAL
21:49 15.08.2021
321
Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən qəza baş verib.

AZXEBER.COM-un məlumatına görə, hadisə Xəzər rayonunda, Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, avtomobil ehtiyatsızlıqdan 2018-ci il təvəllüdlü T. A-nı vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Onu da qeyd edək ki, hadisə T. A-nın yaşadığı evin həyətində baş verib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR