Bakıda 3 yaşlı uşaq maşının altında qaldı

SOSİAL
10:49 28.03.2016
2101
Bakıda 3 yaşlı uşağı maşın vurub.
Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə İnşaatçılar prospektində qeydə alınıb. Bakı şəhər sakini İsmayıl Əsgərov idarə etdiyi "Audi" markalı avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Yusif Qasımovu vurub.
Nəticədə ağır xəsarət alan Y.Qasımov xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

OXŞAR XƏBƏRLƏR