Bakıda 30 yaşlı sürücünü öz "Niva"sında güllələdilər - FOTO

SOSİAL
09:35 23.12.2019
2333
Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb.

Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət qeydiyyat nişanlı "VAZ 2121" ("Niva") markalı avtomobilində tapança ilə güllələnib.

Ona ümumilikdə dörd güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bundan başqa, "Niva" markalı avtomobildə daha bir nəfər - sərnişin İlkin Babayev də güllələnib.

Bildirilir ki, o, xəsarətini diz nahiyəsindən alıb.

İ.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Fakt araşdırılır.
 

 


OXŞAR XƏBƏRLƏR