Bakıda 31 yaşlı oğlan şadlıq evində öldü

Bakıda 31 yaşlı oğlan şadlıq evində öldü
10:39 07.03.2013
1743

Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, şadlıq evlərindən birində məclis zamanı qonaqlardan biri - 1982-ci il təvəllüdlü Heydərov Mais Nəcəf oğlunun vəziyyəti qəflətən pisləşib. 

Şadlıq evinə dərhal təcili tibbi yardım çağırılıb. M. Heydərov 7 saylı təcili tibbi yardım stansiyasına aparılarkən yolda keçinib.

Yaxınlarının bildirdiyinə görə, 31 yaşlı M. Heydərov bir il əvvəl ürəyindən əməliyyat olunub. 

Ölüm faktı ilə bağlı ekspertiza təyin olunub. Araşdırmalar aparılır. //apa

OXŞAR XƏBƏRLƏR