Bakıda 33 yaşlı şəxs uşaqlıq dostunu bıçaqladı

Bakıda 33 yaşlı şəxs uşaqlıq dostunu bıçaqladı
08:58 07.03.2013
1450
Binəqədi rayon sakini 33 yaşlı Həsənov Elşən Fərhad oğlu uşaqlıq dostu Asif Musayevi bıçaqlamaqda şübhəli bilinir. Hadisə isə bir neçə gün bundan əvvəl Binəqədi rayon 9-cu mikrorayon ərazisində qeydə alınıb. Çay evlərinin birində yaranan mübahisə zamanı Elşən Həsənov zərərçəkənə 2 bıçaq zərbəsi vurub.Binəqədi RPİ-nin əməkdaşı Kənan Abışov zərərçəkmişin içkili vəziyyətdə qarşı tərəfi söydüyünü, Elşənin də bu zəmində Asifi bıçaqladığını deyib.Saxlanılan Elşən Həsənov isə bayıra çağırıldığını, gücü çatmadığı üçün şəxsi bıçaqladığını bildirib.
OXŞAR XƏBƏRLƏR