Bakıda 35 yaşlı kişi güllələndi

Bakıda 35 yaşlı kişi güllələndi
SOSİAL
09:18 22.02.2022
695
Bakının Suraxanı rayonunda güllələnmə hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.

1987-ci il təvəllüdlü Cavadov İlkin Miraslan oğlu naməlum şəxs tərəfindən odlu silah vasitəsilə güllələnib.

O, sol bazu və döş qəfəsindən güllə yaraları ilə xəstəxanaya yerləşdirilib. Hazırda İ.Cavadov cərrahi əməliyyat olunur.
OXŞAR XƏBƏRLƏR