Bu gün saat 05:00 radələrində Bakının Binəqədi rayonu ərazisində qanlı olay baş verib. Binəqədi rayon Polis idarəsindən verilən məlumata görə, Biləcəri qasəbəsi Yahya Hüseynov küçəsində 37 yaşlı Zaur Məmmədov bıçaqlanıb.Yaralı ağır halda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Araşdırmalar zamanı onun Binəqədi rayonu ərazisində deyil, Nəsimi rayonu ərazisində bıçaqlandığı bildirilib. Lakin sonradan yaralı Biləcəriyə gəlib və orada həkimə müraciət edib.Nəsimi rayonu Polis İdarəsindən verilən məlumata görə, hazirda hadisənin araşdırılması üçün xüsusi əməliyyat qrupu yaradılıb. Hazırda zərərçəkmiş Zaur Məmmmədov reanimasiyada huşsuz vəziyyətdə olduğu üçün onu dindirmək mümkün olmayıb.