Bakıda 38 yaşlı kişi itkin düşüb

Bakıda 38 yaşlı kişi itkin düşüb
SOSİAL
21:40 21.11.2018
5145
Bakıda daha bir nəfər itkin düşüb.

AZXEBER.COM-un Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Sadıqcan küçəsi, ev 15, mənzil 45-də baş verib.

Həmin ünvanda yaşayan Axundov Cəlal Urxan oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə eyni ünvanda yaşayan qardaşı Axundov Ramiz Urxan oğlu noyabrın 17-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR