Bakıda 4, rayonlarda 20 dərəcəyədək şaxta müşahidə edilir
AZXEBER.COM xəbər verir ki, saat 9:00-a olan məlumata əsasən, hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 3, Naxçıvan MR-da 10, dağlıq rayonlarda 20 dərəcəyədək şaxta qeydə alınıb.