Bakıda 4 marşrut xətti üzrə avtobusların hərəkət sxemləri dəyişdirilə bilər

Bakıda 4 marşrut xətti üzrə avtobusların hərəkət sxemləri dəyişdirilə bilər
SOSİAL
15:51 27.03.2023
133
Bakı Nəqliyyat Agentliyi paytaxtda 4 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemini dəyişdirə bilər.

Bu barədə AZXEBER.COM-a Agentlikdən bildirilib.

Məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC martın 29-31-də Pirallahı rayonundakı Dübəndi-Zirə və Zirə-Gürgan mənzillərində yerləşən qorunmayan dəmiryol keçidlərində təmir işləri aparacaq. Əgər bununla əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq edilsə, 150, 152, 180 və 187 nömrəli müntəzəm marşrutların hərəkət sxemi alternativ küçələrlə təşkil ediləcək.
OXŞAR XƏBƏRLƏR