Bakıda 4 otaqlı evdə yanğın

Bakıda 4 otaqlı evdə yanğın
SOSİAL
11:34 05.05.2019
4729
Bakıda yanğın qeydə alınıb.

AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, şəhərin Sabunçu rayonunda ümumi sahəsi 108 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m² sahədə, içərisində 1 ədəd kondisioner, digər otaqların taxtadan ibarət qapıları və bitişik ümumi sahəsi 12 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Yüksək temperaturdan digər otaqlar və dəhliz 65 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR