Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
Qəsəbədə yaşayan 4 yaşlı Ulduzə İsgəndərlinin üstünə televizor düşüb. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.