Avqustun 7-si saat 9:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə AZXEBER.COM-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisində isti hava şəraiti davam edib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 30-33, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 37-41 dərəcə isti qeydə alınıb.