Bakıda 40 yaşlı qadın öldürüldü - Oğlu saxlanıldı

SOSİAL
11:20 04.11.2024
170
Bakıda dəhşətli cinayət törədilib. 

AZXEBER.COM "Lent.az”a istinadən xəbər verir ki, hadisə noyabrın 3-ü saat 23 radələrində Şüvəlanda qeydə alınıb. 

Yardımlı rayon sakini, 20 yaşlı Sadiq Beybudlunun kirayədə yaşadığı Şüvəlan qəsəbəsindəki evdə 40 yaşlı anası Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirməsinə, sonra boynunu sındıraraq öldürməsinə əsaslı şübhələr yaranıb. 

Daha sonra anasının tanışı 39 yaşlı Elvin Allahverdiyevin əlinə taxta parçası ilə xəsarət yetirib.

Sadiq Beybudlu şübhəli şəxs qismində saxlanılıb və prokurorluğa təhvil verilib.

OXŞAR XƏBƏRLƏR