Bakıda 41 yaşlı qadın binanın 10-cu mərtəbəsindən özünü atdı

Bakıda 41 yaşlı qadın binanın 10-cu mərtəbəsindən özünü atdı
SOSİAL
00:10 17.10.2018
5201
Bakıın Nərimanov rayonunda bir qadın özünü çoxmərtəbəli binadan ataraq öldürüb.

AZXEBER.COM Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Əldə olunmuş məlumata görə, oktyabrın 15-də saat 07:15-də Məmməd Araz küçəsi, 67/71 ünvanında yaşayan 1977-ci il təvəllüdlü Xanməmmədova Rəna Cumart qızı özünü binanın 10-cu mərtəbəsindən atıb. İlkin araşdırma zamanı məlum olub ki, qadın depressiyada olduğu üçün intihar edib. Qonşularının sözlərinə görə, qadın son illər evdən bayıra çıxmırmış.

Xanməmmədova psixiatrik xəstəxanada qeydiyyatda olub. O, şirofreniyadan əziyyət çəkirmiş. Faktla bağlı araşdırma davam edir.
OXŞAR XƏBƏRLƏR