Gecə Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib. Yeni Ramana qəsəbəsi Südçülük savxozu ərazisində inşa edilən yarım tikilidə yaşayan 41 yaşlı Babyev Davud Həsən oğlu özünə məxsus fərdi yaşayış evində yanaraq faciəli şəkildə dünyasını dəyişib. Məlumata görə, Davud Babayev spirtli içki alüdəçisi olub və hadisə baş verən vaxtı da o spirtli içki qəbul edibmiş. Onun halı ozündə olmadığından alovu hiss etməyib.Yanğının isə evdə elektrik plitəsinidə baş vermiş qısa qapanmadan qaynaqlandığı ehtimal olnur. Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin Sabunçu rayon yanğından mühafizə xidmətinin əməkdaşları yanğını ram etsələr də, ev sahibi Davud Babayevin həyatını xilas etmək mümükun olmayıb. Hadisə nəticəsində ümümi sahəsi 20 kvadrat metr olan ev, bütün əşyaları ilə birgə tamamilə yanıb.