Bakıda 42 yaşlı kişi özünü asdı

Bakıda 42 yaşlı kişi özünü asdı
SOSİAL
10:11 10.11.2016
2200
Bakıda intihar hadisəsi baş verib. 

Bu barədə Trend-ə Nərimanov rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə noyabrın 9-da axşam saat 22 radələrində baş verib. 1974-cü ildə Bərdə rayonunda anadan olmuş Mustafayev Nicat Qubuş oğlu paytaxtın Nərimanov rayonu, Nərimanov küçəsi, 2 ünvanındakı həyətdə özünü asaraq intihar edib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR