Bakıda 42 yaşlı qadın öz evində zorlandı

Bakıda 42 yaşlı qadın öz evində zorlandı
SOSİAL
10:29 15.02.2018
3945
Xəzər rayonunda zorlama hadisəsi baş verib. 

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, Xəzər rayon hüquq-mühafizə orqanlarının məlumatına görə, 42 yaşlı Buzovna qəsəbə sakini İ.Z. bu barədə polis bölməsinə şikayət edib.

Qadın ərizədə göstərib ki, fevralın 11-də, saat 11:30 radələrində öz fərdi evində cinayət qurbanı olub. Cinayətin 1969-cu il təvəllüdlü qohumu Z.Z. tərəfindən törədildiyi bildirilir.

Zərərçəkənin sözlərinə görə, həmin şəxs onunla eyni ünvanda yaşayıb. Şübhəli şəxs hələlik saxlanılmayıb, materiallar araşdırılması üçün rayon prokurorluğuna göndərilib.

OXŞAR XƏBƏRLƏR