Bakıda 5 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirildi

Bakıda 5 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirildi
SOSİAL
14:23 16.02.2023
473
Bu gün Bakıda 6, 10, 53, 77 və 205 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilərək alternativ küçələrlə təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, dəyişiklik Səbail rayonu, İstiqlaliyyət küçəsinin sol zolağında aparılan təmir işləri ilə əlaqədardır.

Belə ki, 6, 10, 53, 205 nömrəli marşrutlar İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Ə.Cavad küçəsindən, 77 nömrəli marşrut isə A.Şaiq, M.Əliyev, M.Muxtarov, Əhməd Cavad küçələrindən keçməklə daha sonra öz hərəkət sxemi üzrə təşkil edilib.
OXŞAR XƏBƏRLƏR