Bakıda 50 yeni dayanacaq istifadəyə verildi

Bakıda 50 yeni dayanacaq istifadəyə verildi
SOSİAL
14:56 02.03.2018
1958
Bakının Binəqədi rayonu A.Kunanbayev, M.Davudoğlu küçələri, 4-cü qapı-Binəqədi yolu, Suraxanı rayonunda isə Etibar Bəkirli küçəsi-Zığ yolunda aparılan təmir işləri çərçivəsində 50 yeni avtobus dayanacağı təşkil edilib. 

Bu barədə AZXEBER.COM-a Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, bu dayanacaqlardan 27-də pavilyon quraşdırılıb: "Məqsəd sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi, həmçinin, sərnişindaşımada keyfiyyətin artırılmasıdır".
OXŞAR XƏBƏRLƏR