Bakıda 51 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açıldı

Bakıda 51 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açıldı
SOSİAL
10:46 04.08.2024
118
Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Nərimanov rayon Prokurorluğundan bildirilib.

Avqustun 4-də saat 01 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1989-cu il təvəllüdlü Hikmət Muxtarovun aralarında yaranmış mübahisə zamanı tanışı Ülvi Qasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hikmət Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub.
OXŞAR XƏBƏRLƏR