Bakıda 55 yaşlı kişini avtomobil vuraraq öldürdü

Bakıda 55 yaşlı kişini avtomobil vuraraq öldürdü
SOSİAL
11:34 25.05.2023
105
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

APA xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi "DSK” yolu adlanan yerdə qeydə alınıb.

2002-ci il təvəllüdlü Vüsal İsa oğlu Piriyev idarə etdiyi BYD markalı avtomobillə piyada - 1968-ci il təvəllüdlü Kərəm Əhməd oğlu Fərzəliyevi vurub.
Piyada xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR