Bakıda 58 yaşlı kişi özünü yandırdı

Bakıda 58 yaşlı kişi özünü yandırdı
SOSİAL
11:25 14.12.2016
1008

Bakıda 58 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb. 

Hadisə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 41-də qeydə alınıb. 1958-ci il təvəllüdlü Xudaverdi Musayev intihar məqsədi ilə üzərinə benzin tökərək özünü yandırıb. 

Respublika Yanıq Mərkəzindən verilən məlumata görə, Xudaverdi Musayevin vəziyyət ağırdır: 

"Xəstənin bədəninin 60%-i yanıb. Çox ağırdır. Hazırda reanimasiyadadır.” 

Mərkəzdən Xudaverdi Musayevin yaşayıb-yaşamaması ilə bağlı hər hansı fikir bildirməyin çətin olduğunu dedilər.(aznews.az)


OXŞAR XƏBƏRLƏR