Bakıda 6 nəfərə 200 min manat dələduzluq edən şəxsə hökm oxundu

KRİMİNAL
15:37 07.04.2023
932
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Valeh Tağıyevin işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Tağıyev 7 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V.Tağıyev 6 nəfərə qarşı 200 min manatdan çox dələduzluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
 
///Trend

OXŞAR XƏBƏRLƏR