Bakıda 60 yaşlı kişi hündürmərtəbəli binadan yıxıldı

Bakıda 60 yaşlı kişi hündürmərtəbəli binadan yıxıldı
SOSİAL
11:41 02.05.2022
628
Bakıda 60 yaşlı kişi hündürmərtəbəli binadan yıxılıb.

AZXEBER.COM-un Report-a istinadla məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Bakıxanov qəsəbəsində yaşadığı hündürmərtəbəli binanın 2-ci mərtəbəsindən yerə yıxılan 1962-ci il təvəllüdlü Bağırov Məhəmməd Qəzənfər oğlu ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin ağır dərəcəli əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR