Bakıda bıçaqlanma hadisəsi baş verib.
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Zığ şosesində 1958-ci il təvəllüdlü Əliyev Bəxtiyar Yüsif oğlu bıcaq xəsarəti alıb. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun kürək nahiyəsində 1 ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb. B.Əliyev əməliyyat edilib.
Faktla bağlı araşdırma aparılır.