Bakıda 67 yaşlı qadını avtomobil vuraraq öldürüb

Bakıda 67 yaşlı qadını avtomobil vuraraq öldürüb
SOSİAL
13:57 25.02.2024
161
Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil yolu keçən 1957-ci il təvəllüdlü Asalıyeva Amalya Nəcməddin qızını vurub.

Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.

Hadisənin təfərrüatı araşdırılır.//report
OXŞAR XƏBƏRLƏR