Bakıda 69 yaşlı qadını velosiped vurdu

Bakıda 69 yaşlı qadını velosiped vurdu
SOSİAL
10:20 29.12.2016
744
Bakıda 69 yaşlı qadını velosiped vurub.
 
"Report"un xəbərinə görə, hadisə Xəzər rayonunda baş verib. Belə ki, Buzovna qəsəbəsində yol kənarı ilə hərəkət edən 69 yaşlı Əsədova Şəfiqə Məmmədhəsən qızını naməlum şəxs velosipedlə vurub. Aldığı zərbədən Ş.Əsədovanın qabırğaları sınıb. Velosipedi sürən şəxs xəsarət alan piyadaya yardım etmədən hadisə yerindən uzaqlaşıb. Ş.Əsədova ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb.
 
Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR