Bakıda 70 min manatlıq qızılı oğurlayan usta tutuldu

Bakıda 70 min manatlıq qızılı oğurlayan usta tutuldu
SOSİAL
15:05 18.11.2016
1156

 

Bakıda 70 min manatlıq qızıl əşyalarını oğurlamış Kürdəmir sakini tutulub.

AZXEBER.COM DİN-ə istinadən bildirir ki, noyabrın 15-də Səbail rayonu ərazisində yaşayan Gülşən Rəfiyeva 9-cu Polis bölməsinə müraciət edərək sentyabrın 12-də evində usta işləyən Kürdəmir rayon sakini Rəşad Ömərov tərəfindən 70.000 manat dəyərində qızıl əşyalarının oğurlandığını bildirib.

Səbail RPİ 9-cu PB əməkdaşları tərəfindən aparılmış araşdırmalarla fakt təsdiqini tapıb və həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən R.Öməriov tutulub.


OXŞAR XƏBƏRLƏR