Pirallahı rayonunu sahillə birləşdirən avtomobil yolunda yeni körpünün tikintisi aparılır.
Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, 9 aşırımdan ibarət olacaq körpünün uzunluğu 710 metr, dəniz səviyyəsindən hündürlüyü 11 metr, qabariti 14 metrdir.
Körpünün tikilməsində məqsəd həmin avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısını almaq, həmçinin ekoloji vəziyyəti yaxşılaşdırmaqdır.