Bakıda 8 yaşlı qızı zorlayan manyak tutuldu

SOSİAL
15:24 03.05.2016
8165
Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 8 yaşlı qız tanımadığı şəxs tərəfindən cinsi təcavüzə uğrayıb.
Məlumata görə, hadisə sözügedən qəsəbədə 8 yaşlı G. M-nın (adı şərtidir) yaşadığı binanın blokunda qeydə alınıb. Hadisəni törədən şəxs isə Sabunçu rayonu Zabrat qəsəbə sakini Vəhullah Allahyarovdur. Suraxanı rayonu, 13-cü polis bölməsindən əldə edilən məlumata görə, 8 yaşlı qıza cinsi təcavüz edən V. Allahyarov iki gün öncə tutularaq prokurorluq orqanına təhvil verilib.
V. Allahyarovun nənəsi öz ifadəsində nəvəsinin ruhi xəstə kimi 1 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatda olduğunu qeyd edib. V. Allahyarovun nənəsi nəvəsinin yenicə sözügedən müəssisədə müalicə olunaraq çıxdığını bildirib. Məsələni dəqiqləşdirmək üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimin müavini Aydın Səmədovla əlaqə saxlanılıb. A. Səmədov tibb müəssisəsinin qapalı xəstəxana olduğunu, xəstələrlə bağlı məlumat verilməyin qadağan olunduğunu söyləyib. Sabunçu rayon prokurorluğundan isə hadisəni təsdiqləsələr də, fakta dair ətraflı məlumat verməkdən imtina ediblər.
Qeyd edək ki, əldə edilən məlumata görə, 8 yaşlı G.M-ya təcavüz edən Vəhlullah Allahyarovun 19 yaşı var.
///movqe.az

OXŞAR XƏBƏRLƏR