Katarakt

Bakıda 82 yaşlı qoca qadını avtomobil vurdu

HADİSƏ
22:24 12.06.2021
301
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Mərdəkan qəsəbəsində yolu 1939-cu il təvəllüdlü Hüseynova Dilarə Məzahir qızını avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR