Bakıda 9 yaşlı uşaq yad cisim UDDU: Xəstəxanalıq OLDU

Bakıda 9 yaşlı uşaq yad cisim UDDU: Xəstəxanalıq OLDU
SOSİAL
23:20 07.04.2025
157
Bakıda 9 yaşlı uşağın ağciyərindən yad cisim çıxarılıb.

AZXEBER.COM Xəzər TV-yə istinadən məlumat verir ki, Zaqatala sakini olan İslam Qurbanovun səhhətində narahatlıq yaranıb. Həkim də rentgendən sonra ona soyuqdəymə əliyhinə müalicə yazıb.

Xeyli müddət bu cür müalicə olunduqdan sonra Bakıya gətirildikdə məlum olub ki, azyaşlı düymə udub.

O da məlum olub ki, məktəbli yoldaşları ilə oynayan zaman kiçik dəmir parçasını udan İslam Qurbanov bununla bağlı valideynlərinə məlumat verməyib.

Daha sonra isə azyaşlının səhhətində problemlər ortaya çıxıb. Həkimə aparılan uşaq soyuqdəymə əleyhinə müalicələr alıb.

Bundan sonra uşaqla söhbət edən ana övladının düymə udduğunu öyrənib. Rayondan Bakıya gətirlən uşaq özəl xəstəxanaların birində əməliyyat olunub.

Uşaq müalicəsini evdə davam etdirmək üçün xəstəxanadan buraxılıb.

Ətraflı süjetdə:
 
OXŞAR XƏBƏRLƏR