Bakıda ağac aşdı - Bir neçə marşrut üzrə hərəkət sxemi dəyişdirildi

Bakıda ağac aşdı - Bir neçə marşrut üzrə hərəkət sxemi dəyişdirildi
SOSİAL
15:10 08.01.2023
241
Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi, Tennis akademiyası yaxınlığında yolun hərəkət hissəsinə ağac aşması nəticəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, bu səbəbdən həmin küçəyə daxil olan 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq Şövkət Məmmədova küçəsi ilə təşkil edilib.
OXŞAR XƏBƏRLƏR