Bakıda ABŞ səfirliyinin maşını qəzaya düşdü

Bakıda ABŞ səfirliyinin maşını qəzaya düşdü
SOSİAL
10:17 20.06.2017
738
Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb.
 
APA-nın məlumatına görə, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.
 
ABŞ-ın Bakıdakı səfirliyinə məxsus "Ford” markalı, 006 T 052 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Tuncay Cəfərovun idarə etdiyi "Mercedes” markalı maşınla toqquşub.
 
Nəticədə xəsarət alan olmayıb. Hər iki maşına yüngül ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır. 
OXŞAR XƏBƏRLƏR